Daha 200-dək şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb
18.03.2022 [15:50]
Xəbərin mətni
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramı çərçivəsində sosial cəhətdən həssas qrupdan olan vətəndaşlar üçün fərdi təsərrüfatların yaradılması işləri davam etdirilir.AZƏRTAC xəbər verir ki, bu sahədə işlərin davamı kimi bu gün 4 saylı ərazi Məşğulluq Filialı üzrə 25 nəfərə aktivlər təqdim olunub.