İQTİSADİYYAT


Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib

Martın 18-də Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı iclasda baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. İclasda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.
İclas iştirakçıları Kosmos üzrə Dövlətlərarası Şuranın 2020-2021-ci illərdə fəaliyyəti barədə hesabatı dinləyib, milli valyulatalardan istifadənin milli iqtisadiyyatların gücləndirilməsində rolunu müzakirə ediblər. Qeyd olunub ki, Dövlətlərarası Bank MDB məkanında milli valyutalarla ödənişlər üçün hesablaşma platforması yaradıb.