Şəkidə narkotik vasitənin təsiri altında mağazalardan oğurluq edən şəxslər saxlanılıb
19.03.2022 [12:43]
Xəbərin mətni
Şəki rayonunun Böyük Dəhnə kəndindəki üç mağazadan ümumi dəyəri iki min manata yaxın olan müxtəlif məişət əşyalar, geyimlər və kompüterin oğurlanması barədə polis şöbəsinə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri - əvvəllər məhkum olunmuş İlkin Əliyev, Mədət Abbasov və Ağca Cabbarova saxlanılıb.