SİYASƏT


Naxçıvanda yüksək dağlıq ərazidə məşğələlər keçirilir

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən çətin qış şərtlərində məşğələlər keçirilir.
Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə “Yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda bölmələrin fəaliyyəti” mövzusunda keçirilən məşğələlər davam edir.
Artıq bir qar şəhərciyinə çevrilmiş təlim ərazisində xüsusi təyinatlı bölmələr tərəfindən pusqu, basqın və ərazidə yerləşmə kimi fəaliyyətlər icra edilir.