Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıllıya güclü qar yağıb, Lahıcda qar uçqunu olub

19.03.2022 [18:55]

Xəbərin mətni

Ötən bir həftə ərzində İsmayıllı rayonuna yağan güclü qar səbəbindən xüsusilə kənd yollarında avtomobillərin hərəkətində ciddi problemlər yaranıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllının yüksək dağlıq ərazilərindəki kəndlərdə qarın hündürlüyü yarım metr, bəzi yerlərdə isə bir metrədək olub.