Dünyanın 30-dan çox ölkəsində gücünü göstərən 66 yaşlı xaçmazlı pəhləvan
21.03.2022 [12:08]
Xəbərin mətni
Pəhləvan Xəlilulla Süleymanov ölkəmizin şimal bölgəsində çox məşhurdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 66 yaşlı Xəlilulla Süleymanov ömrünün 50 ilindən çoxunu pəhləvanlığa həsr edib.
Xaçmaz rayonunda el şənliklərinin ən sevimli qonaqlarından olan qocaman pəhləvanın təqdim etdiyi bir-birindən maraqlı nömrələr illər keçsə də, bu gün də tamaşaçıların marağına səbəb olur.