Ağstafada yük maşını aşıb
23.03.2022 [12:27]
Xəbərin mətni
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.AZƏRTAC xəbər verir ki, hərəkətdə olan “TIR" markalı yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını yoldan çıxaraq aşıb.Qəza zamanı sürücü yüngül xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.