Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi şəhidi Şamil Əliyevin xatirəsi anılıb

24.03.2022 [14:17]

Xəbərin mətni

Doğum günündə Vətən müharibəsi şəhidi Əliyev Şamil Xançoban oğlunun xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə şəhidin ailəsi, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, məktəb kollektivi, döyüş yoldaşları, şəhid ailələri, qazilər və Böyük Bəhmənli kənd sakinləri iştirak edib.