İDMAN


Azərbaycan döyüşçüsü Amil Mustafayev Qazaxıstanda qələbə qazanıb

“ASED Fighting Championship" (AFC ASED) liqasının iştirakçısı və Şəhid Rafət Qulamov adına döyüş klubunun təmsilçisi Amil Mustafayev növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz Qazaxıstanın "Octagon" liqasının 29-cu seriyasında gücünü sınayıb. MMA döyüşçümüzü yerli idmançı Amonjol Jumabayev ilə qarşılaşıb.