Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə diasporların hazırkı vəziyyəti və perspektivlər müzakirə olunub

29.03.2022 [10:43]

Xəbərin mətni

Türk dünyasının 2022-ci il üzrə mədəniyyət paytaxtı Bursa şəhərində təşkil olunan Türk Dövlətləri Təşkilatının (TDT) İkinci Diaspora Forumu çərçivəsində “TDT-nin üzv ölkələrində diasporların hazırkı vəziyyəti və perspektivləri” mövzusunda panel iclası keçirilib.AZƏRTAC xəbər verir ki, panel iclasında Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.