SİYASƏT


Sahibə Qafarova: Ermənistandan üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərini yerinə yetirməsini gözləyirik

Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova martın 29-da MDB Parlamentlərarası Assambleyası (PA) Şurasının Almatı şəhərində keçirilən MDB PA-nın 30 illiyinə həsr olunmuş iclasında çıxış edib.AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.