CƏMİYYƏT


Cəbrayılda 21 kiloqramdan artıq narkotik vasitələr, həblər və tapança aşkar olunub

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Karxulu kəndində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Tural Əliyev, İlham Baxşalıyev, Elbrus Süleymanov və borca görə də axtarışda olan Valeh Nəzərov saxlanılıblar.