SİYASƏT


İşğaldan azad olunmuş ərazilərdə indiyədək 23 min hektar ərazi minadan təmizlənib

İşğaldan azad olunmuş ərazilərdə indiyədək 23 min hektar ərazi minadan təmizlənib, 55 mindən çox mina zərərsizləşdirilib. Həmin ərazilərdə tank əleyhinə10 min, piyada əleyhinə 19 min mina, həmçinin 26 min partlamamış silah-sursat aşkar edilib.AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə aprelin 1-də Bakıda keçirilən “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfransda çıxışı zamanı söyləyib.