İQTİSADİYYAT


Avtomobil Yolları Dövlət Agentliyi işğaldan azad edilmiş ərazilərlə bağlı yeni layihəyə başlayıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun bərpası istiqamətində genişmiqyaslı işlər aparır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması işləri də davam etdirilir. Bu istiqamətdə agentlik tərəfindən növbəti layihəyə start verilib. Belə ki, ölkəmizin bütün giriş qapılarından başlayan yollara Bakı ilə yanaşı Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağımızın tacı olan Şuşa şəhərinədək olan məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması işlərinə başlanılıb. Məqsəd ölkəmizə gələn hər bir şəxsə işğaldan azad edilmiş əraziləri tanıtmaqdır.