CƏMİYYƏT


Ədliyyə naziri: 22 prioriteti əhatə edən yeni Fəaliyyət Planı bu sahədə mühüm təkan olacaq

Bu gün təqdimatı keçirilən və genişliyi ilə fərqlənərək 22 prioriteti əhatə edən yeni Fəaliyyət Planı bu sahədə əlavə mühüm təkan olacaq. Fəaliyyət Planında insan haqlarının təşviqi, vətəndaş cəmiyyətinin inkişafı, ədliyyə və məhkəmə islahatlarının dəstəklənməsi, gənclik və media potensialının gücləndirilməsi, korrupsiyaya qarşı tədbirlərlə yanaşı insan alveri ilə mübarizə, ətraf mühitin qorunması, süni intellektin tətbiqi kimi müasir çağırışlara uyğun yeni sahələr də təsbit olunub. Bu da mütərəqqi dəyərlərə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyimizin göstəricisidir.AZƏRTAC xəbər verir ki, bunu aprelin 5-də ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının 2022-2025-ci illər üzrə Azərbaycan üçün fəaliyyət planının təqdimetmə mərasiminə həsr olunmuş tədbirdə bildirib.