Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Şurasının 2022-2025-ci illər üzrə Azərbaycan üçün fəaliyyət planı təqdim olunur

05.04.2022 [12:56]

Xəbərin mətni

Aprelin 5-də Avropa Şurasının 2022-2025-ci illər üzrə Azərbaycan üçün fəaliyyət planı təqdim olunmasına həsr edilmiş tədbir keçirilir.AZƏRTAC xəbər verir ki, tədbirin açılış sessiyasında Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov, Xarici İşlər Nazirliyinin və fəaliyyət proqramını təqdim edən Avropa Şurasının Bakıdakı ofisinin yüksək səviyyəli nümayəndələri, benefisiar təşkilatlar və beynəlxalq birliyin üzvləri iştirak edirlər.