Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi 2024-cü ildə yekunlaşacaq
08.04.2022 [17:38]
Xəbərin mətni
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərinə baxış keçirib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, S. Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun, həmçinin layihə çərçivəsində inşa edilən tunel və avtomobil körpülərinin tikintisi işləri ilə yerindəcə tanış olub, tikintidə çalışan işçilərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq göstərişlər verib.