Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lahıc yolunda torpaq uçqunu olub, yol bağlanıb

08.04.2022 [18:12]

Xəbərin mətni

İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində torpaq uçqunu baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hündür dağlardan gələn torpaq və qaya parçaları avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Bir neçə saatdır ki, avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb.