Şəmkirdə baş verən yanğında azyaşlı xəsarət alıb
09.04.2022 [09:51]
Xəbərin mətni
Şəmkirdə yanğın hadisəsi baş verib. Hadisə rayonun Dəllər qəsəbəsində, Səməd Vurğun küçəsində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, qəsəbə sakini 1978-ci il təvəllüdlü Anar Əliyevə məxsus ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı evdə yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğın söndürən avtomobili və 15-ə yaxın canlı qüvvəsi cəlb olunub.