İQTİSADİYYAT


Tarla müşavirəsində fermerlər kökdənkənar yemləmənin üstünlükləri barədə məlumatlandırılıblar

Taxılçılıqda yüksək məhsuldarlığa nail olmağın əsas şərtlərindən biri yemləmə gübrələrinin verilməsidir. Bu sahədə fermerlərin məlumatlandırılması üçün “Sara Qrup” Qapalı Səhmədar Cəmiyyətinin mütəxəssisləri Bərdə rayonunda fermerlərlə görüş keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açıq tarla müşavirəsində fermerlərə gübrə və dərmanların xüsusiyyətləri, o cümlədən kökdənkənar yemləmənin üstünlükləri barədə məlumatlar verilib. Ötən il yemləmə gübrələrindən istifadə edən fermerin taxıl sahəsi ilə tanışlıq olub. Təsərrüfat sahibləri yemləmə gübrələrinin verilmə üsulu və vaxtı barədə məlumatlandırılıblar.