Naxçıvan Qarnizonu tam orta məktəbinin şagird və müəllimlərinin mükafatlandırılması mərasimi keçirilib
12.04.2022 [21:34]
Xəbərin mətni
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən inşa-yazı müsabiqəsində və Amerika Birləşmiş Ştatlarının Riyaziyyat Fənn Assosiasiyasının xətti ilə VII-IX sinif şagirdləri arasında keçirilən Beynəlxalq riyaziyyat olimpiadasında qalib olan Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və onların müəllimlərinin mükafatlandırılması mərasimi keçirilib.