İQTİSADİYYAT


Çin Azərbaycan üzərindən Avropaya yeni qatar marşrutu istifadəyə verib

Çindən Xəzər dənizi və Azərbaycan üzərindən keçməklə Avropaya dəmir yolu ilə yeni yükdaşıma xidməti istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Çinin Şansi vilayətinin Sian şəhərindən başlayan marşrut dəmir yolu və bərələr vasitəsi ilə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dənizdən keçməklə Rumıniyanın Konstantsa limanına, oradan isə Macarıstan, Slovakiya, Çexiyadan keçərək Almaniyanın nəqliyyat qovşağı olan Manheym şəhərinədək uzanır. Təxminən 11 min 300 kilometr uzunluğu olan bu marşrut üzrə idman qurğuları və tekstil məhsulları yüklənmiş 42 konteynerdən ibarət ilk qatar aprelin 13-də Siandakı beynəlxalq yük limanından yola çıxıb.