Bodrumda meşə yanğınları baş verib
17.04.2022 [12:20]
Xəbərin mətni
Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşə yanğınları baş verib.AZƏRTAC xəbər verir ki, bölgədə küləyin təsirindən alov müxtəlif istiqamətlərdə yayılıb. Əraziyə çox sayda yanğınsöndürən cəlb olunub, giriş-çıxış dayandırılıb. Yer səthinin enişli-yoxuşlu olması yanğına müdaxiləni çətinləşdirir.