Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir

14.11.2026 [15:31]

Xəbərin mətni

Türkiyə-Azərbaycan əlaqələri iki qardaş ölkənin münasibətidir. Həm vətəndaş, həm də təhsil naziri olaraq məsələyə daim bu rakursdan yanaşmışam. Bu günə qədər işlədiyim bütün vəzifələrdə, olduğum hər mühitdə qardaşlıq hüququndan irəli gələn addımları atmağa çalışmışam. Bunu Antalyada davam edən COP-31 iqlim zirvəsində Azərbaycan pavilyonunu ziyarət edən Türkiyənin milli təhsil naziri Yusuf Tekin AZƏRTAC-a açıqlamasında deyib.