İQTİSADİYYAT


Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır

Kənd təsərrüfatı bitkilərinin inkişafı suvarmadan asılıdır. Düzgün suvarılma məhsuldarlığı dəfələrlə artırdığından Azərbaycanda bu sahə xüsusilə diqqətdə saxlanılır. Əsas əkinçilik sahələri çəltik, tərəvəz və bostançılıq olan Masallıda suvarma imkanlarının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.