CƏMİYYƏT


Xocavənddə xeyli sayda silah-sursat tapılıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar olunub. Tapılan 5 avtomat, 3 qumbarataatan, 2 pulemyot, tank əleyhinə idarə olunan 1 raket sistemi, 1 tapança, 12 əl qumbarası və alışdırıcıları, müxtəlif çaplı 2358 patron və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.