İQTİSADİYYAT


Hacıqabulda əkinlərin su təminatı yaxşılaşdırılır, kanallarda lildən təmizləmə işləri aparılır

Hacıqabul Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin suvarılması üçün ilin əvvəlindən hazırlıq işlərinə başlanılıb. İdarənin əsas vəzifələrindən biri də balansda olan suvarma sistemlərinin qorunub saxlanılmasını, onların normal iş rejimində istismar olunmasını təmin etməkdən ibarətdir. Bu məqsədlə idarənin balansında olan 10 ədəd nasos stansiyasından 5-nin nasos aqreqatlarında təmir işləri aparılıb.