CƏMİYYƏT


Yeni pambıq sortlarının dörd rayonda sınaq əkininə başlanılıb

İmişli rayonunda mutagenez pambıq sortlarının sınaq əkininə başlanılıb. İlkin mərhələdə yeddi Pakistan sortu, bir Türkiyə sortu və bir yerli sort pambıq növü sınaq və müqayisəli şəkildə təcrübədən keçiriləcək. Məqsəd quraqlığa, xəstəliklərə qarşı dözümlü olan toxumların aşkarlanması və yüksək məhsul əldə etməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə sınaq əkini ilə bağlı tarla görüşü keçirilib. Mütəxəssislər, alimlər və fermerlərin iştirakı ilə sınaq əkini aparılıb. Həmçinin görüş zamanı qarşılıqlı fikir mübadiləsi olunub.