CƏMİYYƏT


Qazaxda suvarma kanalında yaranan qəzanın fəsadları aradan qaldırılır

Ötən gün Ağstafaçay su anbarının sağ sahil magistral su kanalının Qazax rayonunun Qarapapaq kəndindən keçən hissəsində baş verən qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, kanalın sıradan çıxması nəticəsində rayonun Qarapapaq kəndində həyətyanı sahələri su basıb. Hazırda Ağstafaçay Su Qovşağı İstismar İdarəsi tərəfindən kanalda baş vermiş çökmə nəticəsində yaranmış su axıntısının qarşısı alınır. Sahəyə texnika və canlı qüvvə cəlb edilib.