Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsveçin Höteborq şəhərində Ələt Azad İqtisadi Zonasında xarici investorlara yaradılan imkanların təqdimatı keçirilib

27.04.2022 [10:11]

Xəbərin mətni

Aprelin 26-da İsveçin Höteborq şəhərində Ələt Azad İqtisadi Zonasında xarici investorlara yaradılan imkanların təqdimatı keçirilib.AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Qərbi İsveç Ticarət Palatasının” Ələt Azad İqtisadi Zonası ilə birgə keçirdiyi tədbirdə iqtisadi zonaya maraq göstərən yerli şirkətlərə, investorlara yaradılan investisiya imkanları barəsində ətraflı məlumat verilib.