Ölkəmiz İstanbulda keçirilən beynəlxalq tədbirdə təmsil olunur
27.04.2022 [20:23]
Xəbərin mətni
Türkiyə Konstitusiya Məhkəməsinin yaradılmasının 60-cı ildönümü münasibətilə İstanbulda “Konstitusiya ədalət mühakiməsi orqanları arasında əməkdaşlığın əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Türkiyədə səfərdə olan Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.