CƏMİYYƏT


Akademik Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib

Aprelin 28-də Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş “Oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Elmar Qasımov Azərbaycan oftalmologiyasının inkişafının məhz akademik Zərifə Əliyevanın adı ilə bağlı olduğunu, onun həyat yolu, elmi istiqamətləri, pasiyentlərə, gənc həkimlərə davranışının hər kəs üçün örnək olduğunu bildirib.