CƏMİYYƏT


Biləcəri yuyucu-buxarlayıcı stansiyasına mediatur təşkil olunub

2005-ci ildə Biləcəri yuyucu-buxarlayıcı stansiyasında yenidənqurma işlərinə aparılsa da, çən vaqonlarının buxarla yuyulması texnologiyası primitiv olduğundan bu iş fiziki güc tələb edirdi. Qısası, köhnəlmiş texnologiya və avadanlıq çən vaqonlarının keyfiyyətli yuyulmasına imkan vermirdi. Həmçinin ötən illər ərzində daşınan neft məhsullarının çeşidi dəyişdiyindən çən vaqonlarının keyfiyyətli yuyulmasına tələbat artırdı. Bütün qeyd edilənləri nəzərə alaraq, Biləcəri yuyucu-buxarlayıcı stansiyasının yenidənqurulması zərurəti yaranmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında, dəmir yollarında aparılan islahatlar çərçivəsində, stansiyada yenidənqurma işlərinə start verildi. Yenidənqurma zamanı stansiyanın fəaliyyətini dayandırmamaq üçün təmir-bərpa prosesi mərhələlərlə aparıldı.