CƏMİYYƏT


"Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyi tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov hazırda yanğın baş verən ərazidədir.