İQTİSADİYYAT


Xaçmazda yeni suvarma mövsümünə hazırlıq işləri görülür

Ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından olan Xaçmazda yeni suvarma mövsümünə hazırlıq işləri aparılır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə muxbirinə bildirib ki, rayon ərazisində suvarılan torpaqların ümumi sahəsi 50 min 290 hektardır. Bu torpaq sahələri kanallar, çaylar, qarasular və bir qisimi də artezian suları ilə suvarılır. Su mənbələri isə Samur-Abşeron və Xan arxı kanalıdır.