Goranboyda 6 kəndi birləşdirən yol yenidənqurmadan sonra istifadəyə verilib
05.05.2022 [11:45]
Xəbərin mətni
Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində cari ildə inşası və əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı kompleks tədbirlər davam etdirilir.
AAYDA-dan bildirilib ki, bu istiqamətdə Goranboy rayonunun Dəliməmmədli-Düzqışlaq-Bağçakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər sona çatdırılıb.