İDMAN


Fəal gənclərin və qazilərin iştirakı ilə fləş-mob keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Boccia İdman Federasiyası, Dayaq İctimai Birliyi və fəal gənclərin iştirakı ilə fləş-mob keçirilib.Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, fləş-mobdan sonra kiçik şahmatçılarla bərabər Vətən müharibəsinin qaziləri ilə bərabər seans keçirilib. Qeyd edək ki, şahmatçılar 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman şahmat məktəbinin şagirdləridir.