İQTİSADİYYAT


Zaqatalada Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc yolu yenidən qurulur

Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 156–cı kilometrindən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun inşası “İnvestisiya Proqramı”na uyğun olaraq yüksək keyfiyyətlə aparılır.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əsasən çınqıl və qara örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.Məlumata əsasən, 22,3 kilometr uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr, yol yatağının eni 10 metr təşkil edir.