SİYASƏT


Azərbaycan Ordusunda “Vətən tarixini öyrənək və onu qoruyaq!” şüarı altında yeni lahiyəyə start verilib

Azərbaycan xalqı tarixən qurub-yaradan və qurub-yaratdıqlarını qorumağı, hifz etməyi bacaran qəhrəman bir xalqdır. Belə olmasaydı, yeraltı və yerüstü sərvətləri, təbii gözəllikləri, arxeoloji və memarlıq abidələri ilə zəngin, geostrateji maraqların mərkəzində yerləşən və zaman-zaman yadellilərin hücumlarına məruz qalan tarixi torpaqlarımız qorunmaz və bu günümüzədək mövcudluğunu saxlamazdı.Bu gün gənc nəslin qarşısında duran ən böyük vəzifələrdən biri də öz ölkəsinin, xalqının tarixini dərindən öyrənməklə yanaşı, onu gözlənilən müdaxilələrdən, basqılardan qorumaq və gələcək nəsillərə çatdırmaqdır.