İDMAN


Britaniya Kraliçasına Azərbaycan Prezidentinin hədiyyə etdiyi “Şöhrət” adlı Qarabağ atı təqdim olunub

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabet Azərbaycan Respublikasının Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.
ARAF-dan AZƏRTAC-a bildirilib ki, Kral ailəsi üzvlərinin şərəfinə ənənəvi təşkil edilən Vindzor Kral Atçılıq Şousunda Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Kraliçaya Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.