Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabirabadda pambıq tarlalarında becərmə işləri aparılır

17.05.2022 [11:21]

Xəbərin mətni

Sabirabadda pambıq tarlalarının kultivasiyasına başlanılıb. Becərmə işləri ilə bərabər ziyanvericilərə qarşı tədbirlər də görülür. Həmçinin sahələrə becərmə işi üçün yeni tipli rotorlu kultivator da cəlb edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad rayonunda pambıq əkinlərinin becərilməsi işləri davam edir. Aqrotexniki qaydalara uyğun olaraq sahələrdə birinci kultivasiya işləri görülür.