İQTİSADİYYAT


Kürdə suyun səviyyəsi artıb – təsərrüfatlarda suvarma suyu problemi aradan qalxıb

Son zamanlar havaların yağmurlu olması, dağ çaylarından sel keçməsi Kür çayında da suyun səviyyəsinin qalxmasına səbəb olub. Bu, xüsusilə özünü Kürün aşağı axınlarında göstərib.
AZƏRTAC xəbər verir ki, Salyan rayonunun Kürətrafı kəndləri bir neçə aydır susuzluqdan əziyyət çəkirdi. Səbəb isə Kür çayında suyun kəskin enməsi idi. Sakinlər həyətyanı sahələrini, təsərrüfatlarını, həmçinin əkin sahələrini suvarmaqda böyük çətinliklərlə üzləşirdilər. Su səviyyəsinin aşağı olması çayda quraşdırılan su nasoslarının işini də dayandırmışdı. Amma son günlər havaların yağmurlu keçməsi Kürə bol suyun gəlməsi ilə nəticələnib. Bu da ərazidə yaşayan əhalinin sevincinə səbəb olub.