İQTİSADİYYAT


Yasamalda 4 küçədə yenidənqurma işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan küçə və yollarda aparılır.
Bu istiqamətdə rayon üzrə ümumi uzunluğu 1 km-dən çox olan 4 küçədə yenidənqurma işləri icra olunur. Aparılan təmir işləri çərçivəsində 318 metr uzunluğa malik Mirzəağa Əliyev küçəsində genişləndirilmə, 736 p/m bordür daşlarının dəyişilməsi, 950 p/m tamet daşlarının düzülməsi işləri görülüb. Təmir işləri aparılan ərazinin ümumi sahəsi 3600 kv.m təşkil edir.