Kollektor-drenaj şəbəkələri lildən təmizlənir, torpaqların münbitliyi artırılır
18.05.2022 [11:53]
Xəbərin mətni
Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin balansında olan nasos stansiyaları vasitəsi ilə 890 milyon kubmetr qrunt suları dənizə axıdılıb, 4,1 milyon ton zərərli duzlar əkin sahələrindən kənarlaşdırılıb. Bu da torpaqların intensiv əkinçilik üçün istifadəsinə əlverişli imkan yaradıb.