İQTİSADİYYAT


Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir

Mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgiləri işə başlayıb.AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi, İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer, Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini George Xanişvili və digər ölkələrin rəsmi şəxsləri “Caspian Agro 2022” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.