CƏMİYYƏT


H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi davam etdirilir

Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişin daşınmasının rahatlaşması ilə yanaşı kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Layihələr yerli, respublika və beynəlxalq əhəmiyyətli avtomobil yollarına aiddir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi də bu cür layihələrdən sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır