Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsimi rayonunda Cəlil Məmmədquluzadə küçəsi əsaslı təmir edilir

19.05.2022 [20:21]

Xəbərin mətni

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda 1440 metr uzunluğa malik Cəlil Məmmədquluzadə küçəsinin əsaslı təmirinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, təmir işləri adıçəkilən küçənin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan 600 metrlik və Bakıxanov küçəsindən Əli bəy Hüseynzadə küçəsinədək olan 840 metrlik hissəsində icra olunur.