MƏDƏNİYYƏT


Məşhur fotojurnalist Reza Deqati “Xarıbülbül” festivalı ilə bağlı paylaşım edib

Məşhur fotojurnalist Reza Deqati rəsmi instaqram səhifəsində Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalından paylaşım edib.AZƏRTAC paylaşımı təqdim edir: “Şuşa Azərbaycan musiqisinin, ümumən mədəniyyətin beşiyidir.“Xarıbülbül” festivalı 1989-cu ilin may ayında Şuşada başlamış və şəhərin işğalından üç il əvvəl keçirilmişdir. Qurtuluşdan sonra ənənə davam etməkdədir və indi beynəlxalq xarakter alıb.Orada olmaqdan və bütün iştirakçıların gözlərindəki sevinc göz yaşlarını görməkdən böyük həzz aldım”.