SİYASƏT


28 May – Müstəqillik Günü münasibətilə Vyanada Lixtenşteyn sarayında klassik konsert və rəsmi qəbul təşkil edilib

Mayın 23-də Vyanada yerləşən Lixtenşteyn sarayında 28 May – Müstəqillik Günü münasibətilə klassik konsert və rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun, BMT bölməsinin və digər beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycanın Avstriyadakı fəxri konsulları, Avstriya işgüzar dairələrinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.