İQTİSADİYYAT


Cənub bölgəsində çay yığımına başlanılıb - Lənkərandan reportaj

Cənub bölgəsində hər il aprel ayının sonlarından çay yığımına başlayan fermerlər bu ilki yığıma mayın sonunda başlayıblar. Buna səbəb aprel ayında havaların yağışlı keçməsi olub. Çay plantasiyalarında məhsul boldur.
AZƏRTAC xəbər verir ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqların mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.